İtaliyanın Latsio bölgəsində yerləşən Mezzano gölündə aparılan sualtı arxeoloji tədqiqatlar zamanı təxminən 3300 il yaşı olan bürünc qılınc aşkarlanıb. Tunc dövrünə aid edilən tapıntı gölün cənub sahilində üzə çıxarılıb. Bununla da ərazidə 1970-ci illərdən bəri aşkar olunan bürünc qılıncların sayı üçə çatıb.
Qazıntılar zamanı qılıncla yanaşı bürünc baltalar, xəncərlər, ox və nizə ucluqları, ülgüc və bütöv vəziyyətdə qalmış saxsı qablar da tapılıb. Qılıncın digər əşyalarla birlikdə aşkarlanması həmin dövrdə döyüşçü təbəqənin və yüksək sosial statuslu insanların həyatına dair ipucları verir.
Sönmüş vulkanın kraterində yerləşən Mezzano gölü qədim dövrdə taxta dayaqlar üzərində qurulmuş yaşayış məskəninə ev sahibliyi edib. Silahların və digər əşyaların gölün dibinə necə düşdüyü hələ dəqiq məlum deyil. Arxeoloqlar onların dini mərasimlər zamanı suya atılmış ola biləcəyini də araşdırırlar.
Prestij.media
















