Məşhur britaniyalı rəssam David Hockney vəsiyyətinə uyğun olaraq çox sadə və məhdud iştirakla dəfn edilib. Mərasimə cəmi iki nəfər qatılıb.
Məlumata görə, 88 yaşında vəfat edən rəssamın dəfnində yalnız onun həyat yoldaşı və yaxın qohumu iştirak edib.
Hockney daha əvvəl təmtəraqlı mərasimlərdən uzaq olmağı seçdiyini və sadəliyi üstün tutduğunu bildirmişdi.
Rəssamın yaradıcılığı ilə bağlı isə gələcəkdə London, Paris və Los-Ancelesdə anım tədbirlərinin keçirilməsi planlaşdırılır.
Prestij.media
















