İsveçrədə alimlər buzlağın daxilində gözlə görünməyən çatları aşkar etmək üçün üzərinə fiber-optik kabel yerləşdiriblər. Kabel vasitəsilə aparılan ölçmələr buzlağın daxilində gözləniləndən daha çox zədələnmə olduğunu ortaya çıxarıb.
Tədqiqat İsveçrənin Valais bölgəsindəki Gorner buzlağında aparılıb. Tək bir kabeldən istifadə etməklə buzun təxminən 25 metr dərinliyinə qədər olan hissə araşdırılıb. Çatların yaratdığı kiçik titrəyişlər işıq siqnalları vasitəsilə qeydə alınıb.
Məlum olub ki, araşdırılan hissədə buzun 8 faizindən çoxu su və ya hava ilə dolu çat və qırılmalardan ibarətdir. Alimlər bu üsulu gələcəkdə Alp buzlaqları ilə yanaşı Qrenlandiya və Antarktidadakı buz təbəqələrinin monitorinqində də tətbiq etməyi planlaşdırırlar.
Prestij.media
















