Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac ediləcək.
Prestij.media xəbər verir ki, ümumilikdə 17 vaqondan ibarət 984 ton dizel yanacağı Ermənistana yola salınacaq.
Daşınmanın Biləcəri dəmir yolu stansiyasından həyata keçiriləcəyi bildirilir. Yükün dəmir yolu vasitəsilə təyinat ölkəsinə çatdırılması planlaşdırılır.
İxracın texniki və logistika detalları ilə bağlı əlavə məlumat açıqlanmayıb.
















