ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndərilməsi planlaşdırılır. Gəmi sentyabrın 27-də San Dieqodakı əsas bazasından ayrılıb. ABŞ-ın bu addımı bölgədəki hərbi dəniz qüvvələrinin sayının artırılması planının bir hissəsi kimi təqdim olunur.
Məlumata görə, ABŞ Yaxın Şərqə əlavə olaraq 9-10 minə yaxın hərbçi göndərməyi də planlaşdırır. Həmçinin dəniz piyadalarını daşıyan “USS Makin Island” amfibiya hazırlıq qrupunun sentyabrın 28-də yola çıxdığı və bölgəyə noyabrın sonunadək çatmasının gözlənildiyi bildirilir.
“USS Theodore Roosevelt” nüvə enerjili “Nimitz” sinfinə aid təyyarədaşıyan gəmidir. ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmi daha əvvəl də Yaxın Şərqdə fəaliyyət göstərib və sonuncu uzunmüddətli yerləşdirilməsini 2024-cü ildə başa vuraraq San Dieqoya qayıdıb.
Prestij.media
















