Marketlərdə satılan sarı və ağ dərili toyuqlar arasında fərq çox vaxt istehlakçıları çaşdırır. Sarı dərili toyuqların kənd şəraitində yetişdirildiyi və daha təbii olduğu düşünülsə də, dərinin rəngi bunu sübut etmir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına görə, toyuğun dərisinin rəngi onun qida dəyərini, dadını, yumşaqlığını və yağ miqdarını müəyyən etmir. Sarı rəng əsasən qarğıdalı, yonca və digər karotenoidlərlə zəngin yemlərdəki təbii piqmentlərdən qaynaqlanır.
Toyuğun genetik xüsusiyyətləri də dəri rənginə təsir göstərə bilər. Buna görə sarı dərili toyuğun mütləq daha sağlam və ya kənd toyuğu olduğunu, ağ dərili toyuğun isə keyfiyyətsiz sayıldığını demək düzgün deyil.
Prestij.media
















