İngiltərənin Lids şəhərində 1950-ci illərdə avtobus biletinin ödənişi zamanı verilən adi bir sikkənin təxminən 2 min il əvvələ aid olduğu məlum olub.
Araşdırmalar zamanı sikkənin eramızdan əvvəl I əsrdə İspaniyanın Kadis bölgəsində zərb edildiyi müəyyənləşib. Sikkənin bir üzündə tanrı Melqartın təsviri digər üzündə isə iki tuna balığı əks olunub.
Təxminən 70 il ailədə qorunan qədim sikkə Lids Muzeyləri və Qalereyalarına bağışlanıb. Onun avtobus kassasına necə düşdüyü isə hələ də dəqiq bilinmir.
Prestij.media
















