İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında hərəkət edən supertankerin dəniz minasına düşdüyünü açıqlayıb. Bildirilib ki, təxminən 2 milyon barel neft daşımaq gücünə malik gəmidə güclü partlayış baş verib və hadisə sahil ərazilərindən də müşahidə olunub.
İran tərəfinin məlumatına görə, gəmi naviqasiya sistemlərini söndürərək boğazın alternativ cənub marşrutu ilə hərəkət etməyə çalışarkən minaya düşüb. Qurum öz açıqlamasında müəyyən edilmiş qaydalara əməl etməyən gəmilərlə bağlı sərt xəbərdarlıq edib.
Tehran daha əvvəl özünün müəyyən etdiyi marşrutdan kənar və icazəsiz keçid edən gəmiləri hədəf ala biləcəyini bildirmişdi. Hadisə ilə bağlı tankerin adı, heyətin vəziyyəti və mümkün neft sızması barədə məlumat açıqlanmayıb.
Prestij.media
















