Şimali İrlandiyadakı Giant’s Causeway ərazisində turistlərin illərdir qayaların çatlarına yerləşdirdiyi pullar yığılıb. UNESCO-nun Dünya İrsi siyahısında olan ərazidən 10 mindən çox sikkə çıxarılıb və onların ümumi çəkisi 20,5 kiloqram olub.
Mütəxəssislər müəyyən edib ki, nəmli və duzlu dəniz havasında paslanan sikkələr genişlənərək bazalt qayalara təzyiq göstərir. Bu isə qayaların çatlamasına və səthlərinin qopmasına səbəb olur. Bəzi sikkələrin qalınlığı üç dəfəyədək artıb.
Sikkələrin qayalara zərər vermədən çıxarılması üçün xüsusi iş aparılıb və layihə 2026-cı ilin avqustunda başa çatıb. Mütəxəssislər turistlərə qayaların arasına yeni sikkələr yerləşdirməməyi tövsiyə edir.
Prestij.media
















