Birləşmiş Ərəb Əmirliklərində (BAƏ) 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsi qadağan olunub.
Ölkənin rəsmi xəbər agentliyi WAM-ın yaydığı məlumata görə, Nazirlər Kabineti uşaqların sosial şəbəkələrə çıxışını tənzimləyən yeni qərar qəbul edib. Qərara əsasən, sosial media istifadəsi üçün minimum yaş həddi 15 olaraq müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə hesab yaratması və mövcud hesablarından istifadə etməsi qadağan edilir. Həmçinin onların platformaların funksiyalarına çıxışı məhdudlaşdırılır.
BAƏ-nin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Al Məktum bildirib ki, qərarın məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək və texnologiyadan yaşlarına uyğun şəkildə istifadə etmələrinə şərait yaratmaqdır. O, valideyn icazəsinin də bu qadağalara istisna sayılmayacağını vurğulayıb.
Prestij.media
















