• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.1° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

17 İyun, 26 / 15:22
A A

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

Prestij.media xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin hərtərəfli inkişafının əsasını təşkil etdiyini bildirib. O vurğulayıb ki, son dövrlərdə müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı üzrə qəbul edilən strateji sənədlər, dövlət proqramları və həyata keçirilən islahatlar ölkənin sosial-iqtisadi inkişafının vahid yanaşma əsasında təmin olunduğunu bir daha təsdiqləyir.

Qərargah rəhbəri vurğulayıb ki, Böyük Qayıdış prosesi milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi, sosial və institusional sisteminə tam inteqrasiyasını nəzərdə tutur. Ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində zəruri infrastruktur qurulub. Hazırda əsas prioritet yaradılmış infrastruktur bazası üzərində dayanıqlı iqtisadi inkişafın təmin olunması, məskunlaşmanın iqtisadi və sosial dayaqlarının gücləndirilməsidir.

Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir və hazırda Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması istiqamətində intensiv iş aparılır.

Samir Nuriyev işğaldan azad edilmiş ərazilərin aqrar potensialının Böyük Qayıdış prosesinin iqtisadi dayanıqlılığının təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, torpaq və su ehtiyatlarından səmərəli istifadə, aqrar istehsalın genişləndirilməsi, istehsal və emal imkanlarının yaradılması, eləcə də kənd təsərrüfatı sahəsində dayanıqlı məşğulluğun təmin olunması qarşıdakı dövrün əsas vəzifələrindəndir. Bu baxımdan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin Böyük Qayıdış üzrə həyata keçirilən fəaliyyətlərlə əlaqələndirilməsi vacibdir.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma əhalinin məşğulluğunun təmin edilməsindən, iş yerlərinin yaradılmasından və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsindən asılıdır. Bu baxımdan kənd təsərrüfatı da daxil olmaqla, müxtəlif sahələrdə məşğulluq imkanlarının artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və iqtisadi fəallığın yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

İclasda, həmçinin ekoloji dayanıqlılığın təmin edilməsi və su ehtiyatlarının idarə olunması məsələlərinə toxunulub. Bildirilib ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekosistemlərin bərpası və torpaq ehtiyatlarının qorunması uzunmüddətli inkişafın mühüm şərtlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin bərpası ilə yanaşı, su ehtiyatlarının müasir səviyyədə və qənaətli idarə olunması, müxtəlif sahələrin suya olan tələbatının balanslı şəkildə ödənilməsi və ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələr sırasındadır.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və aqrar istehsalın təşkili, əhalinin məşğulluğunun təmin edilməsi, ekoloji dayanıqlılığın gücləndirilməsi və su ehtiyatlarının idarə olunması istiqamətində görülən işlər barədə məruzələr dinlənilib.

İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə inteqrasiyasının sürətləndirilməsinin, Böyük Qayıdış prosesinin dayanıqlılığının təmin olunmasının və əhalinin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Bənzər Xəbərlər

İqtisadiyyat

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

İyun 19, 2026
Manşet

Prezidentin iş kabinetində təkcə bu heykəl var – Foto

İyun 19, 2026
Cəmiyyət

Köç karvanı Xankəndi şəhərinə çatıb

İyun 19, 2026
Manşet

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

İyun 19, 2026
Cəmiyyət

“ASAN xidmət” modeli BMT-də nümunə kimi təqdim olundu

İyun 19, 2026
Cəmiyyət

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

İyun 19, 2026

XƏBƏR LENTİ

Çox yüksək dərəcədə emal olunmuş qidaların asılılıq yaratdığı bildirilir

19 İyun, 26 / 13:42

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

19 İyun, 26 / 13:36

Mütəxəssis: Körpələrdə gözyaşı kanalı tıxanıqlığı masajla aradan qaldırıla bilər

19 İyun, 26 / 13:34

Kifayət qədər bişirilməyən ət parazit riski yaradır – Mütəxəssis xəbərdarlıq edib

19 İyun, 26 / 13:29

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin qadın yığması Parisdə keçiriləcək Dünya Kubokunda iştirak edəcək

19 İyun, 26 / 13:25

Yeni nəsil robotların döyüş əməliyyatlarında rolu müzakirə edilir

19 İyun, 26 / 13:23

Mütəxəssis yay mövsümündə qidalanma səhvləri barədə xəbərdarlıq edib

19 İyun, 26 / 13:21

Prezidentin iş kabinetində təkcə bu heykəl var – Foto

19 İyun, 26 / 12:54

Köç karvanı Xankəndi şəhərinə çatıb

19 İyun, 26 / 12:48

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

19 İyun, 26 / 12:46
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.