Microsoft rəsmi Xbox Wire üzərindən Xbox Game Pass kataloquna yaxın günlərdə əlavə olunacaq yeni oyunların siyahısını açıqlayıb.
Məlumata görə, xidmətə müxtəlif platformaları əhatə edən bir sıra yeni oyunlar daxil ediləcək:
- Junkster – 16 iyun (bulud, Xbox Series X|S, əl konsolu və PC)
- Call of Duty: Vanguard – 17 iyun (bulud, konsol və PC)
- EA Sports FC 26 – 18 iyun (bulud, konsol və PC)
- Abyssus – 25 iyun (bulud, Xbox Series X|S və PC)
- RV There Yet? – 30 iyun (bulud, Xbox Series X|S və PC)
- Tony Hawk’s Pro Skater 3 + 4 – 2 iyul (bulud, konsol və PC)
- Winds of Arcana: Ruination – 6 iyul (bulud, konsol, əl konsolu və PC)
Bildirilib ki, bəzi oyunlar artıq Game Pass Premium paketinə də daxil ediləcək.
Microsoft-un açıqlamasına görə, yeni əlavələr xidmətin oyun kataloqunu daha da genişləndirəcək və istifadəçilərə daha çox seçim imkanı yaradacaq.
//Prestij.Media
















