Cənubi Koreya Silahlı Qüvvələri mühərriklərdə korroziya aşkar edildikdən sonra yerli istehsal olan “LAH-1 Miron” döyüş helikopterlərinin uçuşlarını dayandırıb. Yoxlamalar zamanı istismarda olan 57 helikopterdən 47-də qüsur müəyyən edilib.
Müdafiə Satınalmaları Agentliyi problemin araşdırıldığını və nasazlıqların aradan qaldırılması prosesinə nəzarət etdiyini bildirib. Qeyd edək ki, “Miron” helikopterləri köhnə 500MD və AH-1S Cobra modellərini əvəz etmək üçün hazırlanıb.
















