Sakit okeanda yerləşən Nauru respublikasının adının dəyişdirilməsi gündəmdədir.
Prestij.Media xəbər verir ki, ölkənin “Naoero” adını qəbul etməsi üçün parlamentdə təklif irəli sürülüb və artıq layihə ilkin mərhələdə dəstəklənib. Dəyişikliyin təsdiqlənməsi üçün referendumun keçirilməsi planlaşdırılır.
Yeni ad yerli dildə ölkənin orijinal tələffüzünü əks etdirir və müstəmləkə dövründən qalan “Nauru” adının yerini ala bilər.
Rəsmilər bu addımın ölkənin mədəni irsini və milli kimliyini daha dəqiq ifadə etmək məqsədi daşıdığını bildirirlər.
















