NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ-li general Aleksus Qrinkeviç Rusiyanın alyansla mümkün hərbi qarşıdurma axtarmadığını bildirib.
Prestij.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Generalın sözlərinə görə, Rusiya hərbi toqquşma niyyətində deyil və NATO-nun müdafiə xarakterli alyans olduğunu yaxşı anlayır. O, həmçinin alyansın müəyyən asimmetrik üstünlüklərə malik olduğunu da vurğulayıb.
“Rusiyanın hərbi qarşıdurma axtarmadığını düşünürəm. Onlar NATO-nun müdafiə alyansı olduğunu və bizim bəzi üstünlüklərə sahib olduğumuzu yaxşı dərk edirlər”, – deyə Qrinkeviç qeyd edib.
















