İran Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşdırılması barədə qərarı təsdiqləyib.
Prestij.media xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına əsasən, boğazda hərəkətin idarə olunmasına cavabdeh yeni qurum bu barədə açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, bölgədə ABŞ qüvvələrinin fəaliyyətindən yaranan gərginlik və İran silahlı qüvvələrinin son bəyanatları fonunda Hörmüz boğazı növbəti xəbərdarlığa qədər bağlanmış hesab edilir.
Qurum artıq tranzit icazəsi almış gəmiçilik şirkətlərinə və operatorlara müraciət edərək əlavə təlimatlar gözləmələrini xahiş edib.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir. Buradan xüsusilə Fars körfəzi ölkələrində hasil olunan neft və mayeləşdirilmiş təbii qazın böyük hissəsi ixrac edilir. Boğazın bağlanması qlobal enerji bazarlarına və beynəlxalq gəmiçilik hərəkətinə ciddi təsir göstərə bilər.
















