Pakistan tərəfi Əfqanıstan sərhədində keçirdiyi kəşfiyyat əməliyyatı nəticəsində 26 silahlının zərərsizləşdirildiyini və 4 hədəfin məhv edildiyini açıqlayıb.
Rəsmi məlumatda əməliyyatların artan terror təhlükəsinə qarşı həyata keçirildiyi bildirilib.
Əfqanıstan tərəfi isə əks iddia irəli sürərək, Pakistanın hava məkanını pozduğunu və nəticədə mülki itkilərin olduğunu iddia edib. İslamabad bu iddialara hələlik cavab verməyib.
Mənbə: Prestij.Media
















