Astronomlar Yer kürəsindən təxminən 1110 işıq ili uzaqlıqda yerləşən və sıxlığı pambıq şəkərdən belə aşağı olan iki yeni ötegezegen aşkarlayıblar.
Britaniyanın Oxford və Birmingham universitetləri, eləcə də Fransanın Nice Cote d’Azur Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı NASA-nın TESS peyki və müxtəlif teleskoplardan istifadə olunub.
“TOI-791 b” və “TOI-791 c” adlandırılan planetlərin bu ölçüdə indiyədək məlum olan ən yüngül ötegezegenlərdən olduğu bildirilib. Alimlərin fikrincə, əsasən hidrogen və heliumdan ibarət olan bu göy cisimləri “super puf” kateqoriyasına daxildir.
Tədqiqatçılar qeyd edirlər ki, bu planetlərin atmosferi və kimyəvi tərkibi gələcəkdə NASA-nın James Webb Space Telescope vasitəsilə daha ətraflı öyrəniləcək.
Prestij.media
















