Şorba həddindən artıq sulu alınıbsa bir qaşıq nişasta onun qatılaşmasına kömək edə bilər. Nişastanı birbaşa qazana tökmək əvəzinə əvvəlcə az miqdarda soyuq su ilə qarışdırmaq lazımdır.
Hazırlanan qarışıq isti şorbaya yavaş-yavaş əlavə edilməli və bu zaman şorba davamlı qarışdırılmalıdır. Nişasta bir neçə dəqiqə ərzində şorbanın konsistensiyasını dəyişir.
Bu üsul toyuq tərəvəz göbələk pomidor və qaymaqlı şorbalarda istifadə oluna bilər. Mərcimək və əriştəli şorbalar isə bişdikcə özləri qatılaşa bildiyi üçün nişastadan əvvəl bir qədər də qaynatmaq məsləhətdir.
Prestij.media
















