“Sabahın Ulduzları” Baku Kubokunda U-14 yaş qrupu üzrə daha üç oyun keçirilib. Bununla da həm U-14, həm də U-15 yaş qruplarında birinci turun oyunlarına yekun vurulub.
Keçirilən qarşılaşmalarda “Sabah” komandası “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu 43-cü dəqiqədə penaltidən Nihad Manafov vurub.
Günün ən məhsuldar qarşılaşmasında “Neftçi” EFA üzərində 11:4 hesablı inamlı qələbə qazanıb.
Digər görüşdə isə “Xan” komandası “Zirə”ni 5:1 hesabı ilə məğlub edərək ilk turu uğurla başa vurub.
Turnirdə mübarizə U-15 Liqasında II turun oyunları ilə davam edəcək. Avqustun 5-6-da keçiriləcək görüşlərdə “Marafon” EFA ilə, “Dinamo” “Zirə” ilə, “Neftçi” “Qəbələ” ilə, “Sumqayıt” “Sabah” ilə, “Ulduz” “Şəfa” ilə, “Zəngəzur” isə “Qarabağ” komandası ilə üz-üzə gələcək.
















