Banqladeşdə qızılca epidemiyası genişlənməkdə davam edir. Son 24 saat ərzində daha 8 uşaq qızılca şübhəsi ilə həyatını itirib.
Ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsinin yaydığı məlumata görə, qızılca şübhəsi ilə qeydə alınan ölüm sayı 684-ə yüksəlib. Laborator analizlərlə təsdiqlənən qızılca səbəbli ölüm halları isə 95 təşkil edir. Bununla da epidemiya nəticəsində ümumi can itkisi 779 nəfərə çatıb.
Son sutkada ölkə üzrə daha 974 yeni qızılca şübhəli yoluxma faktı aşkarlanıb. Beləliklə, ümumi şübhəli yoluxma sayı 115 min 138-ə yüksəlib. Hökumət aprel ayında vəziyyətin ağırlaşmasından sonra təcili peyvənd kampaniyasına başlasa da, epidemiya hələ də nəzarət altına alına bilməyib.
Prestij.media
















