Azərbaycanın U16, U18 və U20 yaşadək qızlardan ibarət basketbol milliləri Belarusun paytaxtı Minskdə keçirilən təlim-məşq toplanışını başa çatdırıb.
Prestij.media xəbər verir ki, 26 may – 4 iyun tarixlərini əhatə edən hazırlıq prosesi çərçivəsində komandalar Belarusun müxtəlif klubları və milli komandaları ilə bir sıra yoxlama oyunları keçirərək qarşıdakı Avropa çempionatlarına hazırlıqlarını davam etdiriblər.
Millilərin baş məşqçisi Evren Alkaya toplanışın faydalı keçdiyini bildirib:
“Toplanış bizim üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdik. İnanıram ki, hazırlığın nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək”.
Qeyd edək ki, təlim-məşq toplanışı komandaların beynəlxalq təcrübəsinin artırılması və Avropa çempionatlarına daha hazırlıqlı şəkildə qatılması məqsədi daşıyıb.
















