Çinin Çonqçin şəhərində binaların bir hissəsi, yollar və körpülər müxtəlif yüksəkliklərdə yerləşdiyi üçün adi küçə anlayışı tamamilə dəyişir.
Şəhərdə bir binanın 22-ci mərtəbəsindən çıxan insan özünü başqa bir küçənin səviyyəsində tapa bilər. Bəzi binaların damları isə digər tikililər üçün yol, dayanacaq və ya park kimi istifadə olunur.
Bu mürəkkəb quruluş GPS və naviqasiya sistemlərini də çətin vəziyyətə salır. Bir-birinin üzərindən keçən çoxsəviyyəli yollar səbəbindən sistemlər avtomobilin hansı səviyyədə olduğunu müəyyənləşdirməkdə çətinlik çəkə bilir.
Prestij.media
















