Kanadada yerləşən Lac Rouge (Qırmızı Göl) cəmi bir neçə gün ərzində tamamilə yoxa çıxaraq alimlərin diqqət mərkəzinə düşüb. Yeni peyk görüntüləri və aparılan araşdırmalar gölün yox olmasının səbəblərini üzə çıxarıb.
Mütəxəssislərin məlumatına görə, göl sahilində baş verən böyük çökmə nəticəsində bütün su yaxınlıqdakı Doda gölünə axıb. Hadisədən sonra ərazidə yalnız palçıqla örtülü göl yatağı qalıb.
Araşdırmalar göstərir ki, hadisəyə təkcə təbii amillər deyil, həm də əvvəlki illərdə baş vermiş meşə yanğınları, ağac kəsimi və qar sularının sürətlə əriməsi səbəb olub. Alimlər bu cür böyük gölün qısa müddətdə yox olmasını olduqca nadir hadisə hesab edirlər.
Prestij.media
















