Çində, Löss yaylasında Almaniyanın ərazisinə yaxın böyüklükdə sahənin yaşıllaşdırılması Sarı çayın vəziyyətinə ciddi təsir göstərib. Görülən tədbirlər nəticəsində çayın illik daşıdığı lil və çöküntünün miqdarı 1,6 milyard tondan 240 milyon tona qədər azalıb.
1970-ci illərdən başlayaraq ərazidə kənd təsərrüfatı terrasları, su tutan bəndlər və gölməçələr yaradılıb. Daha sonra “Yaşıl üçün taxıl” proqramı çərçivəsində yararsız və maili əkin sahələrinin meşə, kolluq və otlaqlara çevrilməsinə başlanılıb.
Araşdırmalara görə, 1919-1959-cu illərdə Sarı çay ildə orta hesabla 1,6 milyard ton çöküntü daşıyırdısa, 2000-2020-ci illərdə bu göstərici 240 milyon tona düşüb. Bununla yanaşı, çayın suyunun rəngində də dəyişiklik müşahidə olunub.
Prestij.media
















