Kanada hökuməti 16 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsini məhdudlaşdırmağı nəzərdə tutan yeni qanun layihəsini təqdim edib.
Prestij.media xəbər verir ki, Kanadanın Baş naziri Mark Carney hökumətin bu istiqamətdə hazırladığı qanun layihəsinin rəsmi şəkildə təqdim olunduğunu açıqlayıb.
Yerli KİV-lərin yaydığı məlumata görə, yeni təşəbbüs çərçivəsində 16 yaşdan kiçik şəxslərin sosial media platformalarından istifadəsinə ölkə səviyyəsində məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Qanun layihəsinin əsas məqsədi uşaqların onlayn təhlükəsizliyinin gücləndirilməsi və onların zərərli rəqəmsal məzmundan qorunmasıdır.
Sənədin parlamentdə müzakirəyə çıxarılması və qəbul olunacağı təqdirdə mərhələli şəkildə tətbiq edilməsi gözlənilir. Hazırda qanun layihəsinin detalları üzərində iş davam etdirilir.
















