ABŞ-da kənd təsərrüfatı sahələri və meşələr üçün ciddi təhlükə yaradan xallı fənər milçəyi ilə mübarizədə ev itlərindən istifadə edilə biləcəyi müəyyənləşib.
Virginia Tech və Texas Tech Universitetlərinin tədqiqatçıları 182 ev itini bu zərərvericinin gözlə çətin seçilən yumurtalarını qoxu vasitəsilə tapmaq üçün öyrədib. Yumurtalar qurumuş palçığa bənzədiyi üçün adi gözlə asanlıqla nəzərdən qaçır.
Təcrübələrdə bəzi itlərin peşəkar axtarış itləri ilə rəqabət apara biləcək nəticə göstərdiyi müəyyənləşib. Laboratoriya şəraitində iştirakçı itlərin bir hissəsi nümunələrin böyük əksəriyyətini düzgün müəyyən edib.
Alimlər hesab edir ki, bu üsul gələcəkdə üzüm bağlarında, meyvə bağlarında, meşələrdə və odun anbarlarında zərərvericinin yayılmasının qarşısını almaq üçün istifadə oluna bilər.
Prestij.media
















