İndoneziyanın Riau bölgəsində vəhşi meymunun hücumları nəticəsində 17 nəfər yaralanıb.
Məlumata görə, meymun iyulun 25-dən etibarən yollarda, evlərin qarşısında və hətta evlərin içində insanlara hücum edib. Yaralananlardan bəzilərinə tikiş qoyulub.
Meymunun tutulması üçün bir həftə ərzində axtarış aparılıb. Nəhayət, heyvan ələ keçirilib.
Hücumlar səbəbindən bölgədə məktəblər də müvəqqəti olaraq distant təhsilə keçirilib.
Prestij.media
















