• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.2° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İdman

FIFA U-15 Dünya Çempionatı və Festivalına və FIFA U-20 Dünya Çempionatına hazırlıq

06 Avqust, 26 / 13:19
A A
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclasında müzakirə edilib.
Avqustun 5-də 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Sərəncamı ilə FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkili məsələlərinin də həmin Təşkilat Komitəsinə həvalə edildiyi nəzərə alınaraq, iclasda əvvəlcə sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq qeyd etmişdir ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Dünya futbol tarixində ilk dəfə keçiriləcək belə mötəbər və irimiqyaslı beynəlxalq idman tədbirinin keçirilməsinin ölkəmizə həvalə olunması Azərbaycana göstərilən yüksək etimadın növbəti təzahürüdür. Bu etimad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına, beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə və ölkəmizin qlobal idman məkanındakı mövqeyinin möhkəmləndirilməsinə göstərdiyi davamlı diqqət və dəstəyin məntiqi nəticəsidir.
Əlavə olaraq qeyd olunub ki, tədbirdə 175-dən artıq ölkənin hər biri 20 nəfərdən ibarət nümayəndə heyəti ilə olmaqla iştirakı gözlənilir. FIFA bayrağı altında ilk dəfə keçiriləcək bu Gənclər Yarışının əsas məqsədi istedadların inkişafının ən yüksək beynəlxalq səviyyədə təmin edilməsidir.
İclasda FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı idman obyektlərinin yarışlara hazırlığı, tikinti və infrastruktur işlərinin gedişi, həmçinin, digər təşkilati məsələlər müzakirə olunub.
Daha sonra 20 yaşınadək kişilər arasında FIFA Dünya Çempionatının 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı hazırlıq məsələlərinə baxılıb. Qeyd olunub ki, çempionatda 24 ölkənin milli komandası iştirak edəcək. Açılış və final oyunlarının, habelə digər oyunların təşkil olunacağı şəhərlərin müəyyənləşdirilməsi istiqamətində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, FIFA və Özbəkistan Futbol Assosiasiyası ilə sıx əməkdaşlıq və müzakirələr davam etdirilir.
İclasda FIFA U-20 Dünya Çempionatı ilə bağlı təşkilati məsələlər ətraflı müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Hər iki beynəlxalq tədbirlə bağlı qurumlararası əlaqələndirmənin gücləndirilməsi və təşkilati məsələlərin operativ həlli ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

Bənzər Xəbərlər

İdman

Bakıda konkur üzrə yay birinciliyinə start verilib

Avqust 21, 2026
İdman

Yeniyetmə voleybolçular üçün narkotik və dopinqə qarşı maarifləndirici görüş keçirilib

Avqust 12, 2026
İdman

İlke Özyüksel Türkiyə idmanında tarix yazıb

Avqust 9, 2026
İdman

Bakı “Azerbaijan Junior Open 2026” beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək

Avqust 7, 2026
İdman

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş

Avqust 6, 2026
İdman

Fərid Qayıbov FIDE nümayəndə heyəti ilə görüşüb

Avqust 6, 2026

XƏBƏR LENTİ

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust, 26 / 17:40

Hikmət Hacıyev Buxaradan paylaşım edib

24 Avqust, 26 / 12:40

Arılar yox olmaqda olan meşəni xilas edib

24 Avqust, 26 / 12:38

Kondisioner motorunu balkona icazəsiz quraşdıranlara xəbərdarlıq

24 Avqust, 26 / 12:36

İsraillilər Cənubi Kiprdə torpaq alır

24 Avqust, 26 / 12:35

Malyariya ilə mübarizə üçün istifadə etdilər, qlobal problemə çevrilib

24 Avqust, 26 / 12:32

37 il gizlətdiyi münasibətini etiraf edib

24 Avqust, 26 / 12:29

2 min 400 qurbağa böyük problemə çevrilib

24 Avqust, 26 / 12:27

Ayaqqabı şəbəkəsi 17 mağazasını bağlayır

24 Avqust, 26 / 12:25

San Andreas qırılmasında gərginlik 1000 ilin zirvəsində

24 Avqust, 26 / 12:23
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.