Çinin Hubey əyalətində aparılan sınaqda 1,1 ton ağırlığında eksperimental maqlev qatarı cəmi 5,3 saniyəyə saatda 800 kilometr sürətə çataraq yeni dünya rekorduna imza atıb.
Prestij.media xəbər verir ki, 1 kilometrlik sınaq xəttində keçirilən test zamanı prototip təxminən 600 metr məsafədə maksimal sürətə çatıb və daha sonra təhlükəsiz şəkildə dayandırılıb. Bu, Hubeydə son aylarda qeydə alınan üçüncü sürət rekordu olub. Prototip əvvəlcə 650, daha sonra 700 km/saat sürətə çatmışdı.
Lakin qatarın hazırkı formada sərnişin daşımaları üçün istifadəsi mümkün deyil. 800 km/saat sürətə 5,3 saniyəyə çatmaq zamanı təxminən 4,3 G yük yaranıb ki, bu da insan orqanizmi üçün olduqca yüksək göstəricidir. Texnologiyanın gələcəkdə yüksək sürətli nəqliyyat və kosmik buraxılış sistemlərində istifadə edilməsi planlaşdırılır.
















