Kanadada 2025-ci ildə həyatına son qoyan 24 yaşlı proqramçı Alice Carrierin ailəsi süni intellekt şirkəti OpenAI və onun rəhbəri Sam Altmanı məhkəməyə verib. İddiada bildirilir ki, gənc qadın ölümündən əvvəl dəfələrlə ChatGPT ilə intihar düşüncələri barədə yazışıb.
Ailənin iddiasına görə, süni intellekt sistemi təhlükəli vəziyyətdə olan istifadəçiyə yardım göstərmək əvəzinə onun mənfi düşüncələrini gücləndirib və hər hansı xəbərdarlıq mexanizmi işə düşməyib. Məhkəmə sənədlərində Alice Carrierin ölümündən əvvəl ChatGPT-yə təxminən 41 dəfə intihar mövzusunda müraciət etdiyi qeyd olunur.
Son dövrlərdə süni intellekt platformalarının uşaqlar və yeniyetmələr üzərində təsiri ilə bağlı narahatlıqlar artıb. Mütəxəssislər bu texnologiyaların təhlükəli məzmunla bağlı nəzarət mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Mənbə: Prestij.media
















