Böyük Britaniyanın Baş naziri Keir Starmer vəzifəsindən istefa verdiyini açıqlayıb. O, vida çıxışında ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək, bundan sonra əsas məqsədinin yaxşı həyat yoldaşı və yaxşı ata olmaq olduğunu deyib.
Duyğusal anlar yaşayan Starmer, həyat yoldaşı Viktoriya və övladlarına dəstəklərinə görə təşəkkür edib. Onun istefasının partiya daxilində son aylarda artan təzyiqlər və siyasi müzakirələrlə bağlı olduğu bildirilir.
Britaniya mətbuatının məlumatına görə, yeni liderin seçilməsi prosesi yaxın günlərdə başlayacaq.
Prestij.media
















