İngiltərədə mütəxəssislər bağçalarda sərçələri qorumaq istəyərkən edilən bəzi səhv addımların onların ölümünə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Prestij.media xəbər verir ki, mütəxəssislər sərçələrə bayat çörək, duzlu və bişmiş qidalar verilməməsini tövsiyə edir. Belə qidalar quşların sağlamlığına ciddi zərər vura bilər. Yemləmə üçün təmiz toxum və günəbaxan tumuna üstünlük verilməsi məsləhət görülür.
Həmçinin bağçalarda qoyulan dərin su qablarının balaca sərçələr üçün boğulma təhlükəsi yaratdığı bildirilib. Su qablarının dayaz olması, içinə quşların tutuna biləcəyi daşların qoyulması və qabların mütəmadi təmizlənməsi tövsiyə olunur. Şüşə və digər şəffaf səthlərə quşların çırpılmasının qarşısını almaq üçün xüsusi nişanlar və ya quş fiqurlarından istifadə edilməsi də məsləhət görülüb.
















