ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə imzalanan nüvə əməkdaşlığı sazişini müzakirə üçün Konqresə göndərib. 30 illik saziş çərçivəsində ABŞ şirkətlərinin Səudiyyənin nüvə infrastrukturunda əsas rol oynaması nəzərdə tutulur.
Saziş Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi imkanına görə mübahisələrə səbəb olub. Tərəflər ölkədə uranın zənginləşdirilməsi zavodunun yaradılmasının mümkünlüyünü araşdırmaq üçün ikiillik iş aparacaq.
Tramp isə Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması şərtindən geri çəkilməyib. ABŞ rəsmisinin sözlərinə görə, saziş yalnız Ər-Riyad İbrahim sazişlərinə qoşularsa irəliləyəcək.
Prestij.media
















