ABŞ dövlət katibi Marko Rubio müttəfiq ölkələrin nümayəndələrinə Vaşinqtonun hələlik İrana qarşı yeni hərbi hücumlara başlamasının gözlənilmədiyini bildirib. ABŞ-ın əsas diqqətini sanksiyalar və dəniz blokadası vasitəsilə iqtisadi təzyiqə yönəltdiyi qeyd olunur.
İran rəsmiləri isə ölkənin milli təhlükəsizlik və maraqlarını qorumaq üçün qabaqlayıcı tədbirlər görə biləcəyini açıqlayıb. Hürmüz boğazında gəmi hərəkətinin hələ də məhdud olması bölgədə gərginliyi artırır.
Bu arada İran və Oman boğazın yenidən açılması üçün texniki danışıqlar aparır. Tərəflərin gələcəkdə gəmilərin keçidi üçün yeni daimi marşrut yaratmaq imkanını müzakirə etdiyi bildirilir.
Prestij.media
















