Mərakeş Tanca Limanını genişləndirmək üçün Aralıq dənizinin 35 metr dərinliyinə 106 nəhəng beton konstruksiya yerləşdirərək 4,4 kilometrlik dalğaqıran inşa edib.
Beton konstruksiyalar əvvəlcə quruda hazırlanıb, daha sonra xüsusi üsulla dənizə endirilərək dəqiq koordinatlarla dəniz dibinə yerləşdirilib. Dalğaların təsirini azaltmaq üçün konstruksiyalarda xüsusi dəlikli bölmələrdən istifadə olunub.
Layihə nəticəsində limanda 1200 metrlik yeni rıhtım yaradılıb və Tanca liman kompleksinin illik gücünə əlavə 5,2 milyon konteynerlik imkan qazandırılıb.
Prestij.media
















