ABŞ administrasiyası vətəndaşları üzərində səlahiyyətini tanımadığı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı təzyiqləri artıracağını bəyan edib. Vaşinqton məhkəməyə qarşı sanksiyalar, viza məhdudiyyətləri və digər hüquqi vasitələrdən istifadə etməyə hazır olduğunu açıqlayıb.
Prestij.media xəbər verir ki, ABŞ-ın ədliyyə naziri Marko Rubio bəyanatında Vaşinqtonun BCM-in ABŞ vətəndaşları üzərində yurisdiksiyasını qəbul etmədiyini vurğulayıb. Onun sözlərinə görə, məhkəməyə qarşı müxtəlif siyasi və hüquqi tədbirlər nəzərdən keçirilir.
ABŞ ədliyyə nazirinin müavini Todd Blanş isə BCM sədri Tomoko Akaneyə ünvanladığı məktubda ABŞ-ın Roma Statutuna qoşulmadığını və bu səbəbdən məhkəmənin ölkə vətəndaşları üzərində hüquqi səlahiyyətini tanımadığını bildirib.
Qeyd olunur ki, Vaşinqtonun BCM ilə münasibətlərinin gərginləşməsində məhkəmənin İsrail rəsmiləri ilə bağlı araşdırmaları da rol oynayıb.
ABŞ rəsmiləri bildirirlər ki, ölkənin suverenliyi və vətəndaşlarının hüquqlarının qorunması prioritet olaraq qalır və bu istiqamətdə mövcud qanunvericilik çərçivəsində bütün imkanlardan istifadə ediləcək.
















