Fransada oktyabrın 11-dən 12-nə keçən gecə supermarket şəbəkələrinin soyutma sistemlərinə kiberhücum təşkil edilib. Hücum nəticəsində 500-dən çox mağazada soyuducuların temperatur tənzimləməsinə müdaxilə olunub və çoxlu sayda ərzaq məhsulu yararsız hala düşüb.
Məlumata görə, bəzi soyuducu anbarlarda temperatur 50 dərəcəyə qədər yüksəlib. Normadan artıq istilik səbəbindən bəzi avadanlıqların zədələndiyi, ayrı-ayrı mağazalarda isə yanğınsöndürmə sistemlərinin işə düşdüyü bildirilir.
Ət, balıq, süd məhsulları və dondurulmuş ərzaqlar satışdan çıxarılıb. İlkin hesablamalara əsasən, ümumi zərərin milyonlarla avroya çata biləcəyi ehtimal olunur. Fransa hüquq-mühafizə orqanları hücumla bağlı araşdırma aparır.
Prestij.media
















