İtaliyanı başdan-başa əhatə edən Apennin dağlarının altında alimlər Yer qabığının dərin qatlarında qeyri-adi geoloji proses aşkarlayıblar. Tədqiqatçılar müəyyən ediblər ki, Yer qabığının ən alt və sıx təbəqəsi üst qatından ayrılaraq mantiyaya doğru çökür.
Florensiya Universitetindən Stefano Tavaninin rəhbərlik etdiyi tədqiqatçılar bildirirlər ki, bu proses yer səthindəki hərəkətlərə və zəlzələlərin xarakterinə təsir göstərə bilər.
Araşdırmaya görə, Apennin dağlarının şimal-şərq hissəsində sıxılma, cənub-qərbində isə genişlənmə ilə bağlı zəlzələlər üstünlük təşkil edir. Alimlər bu mexanizmin Adriatik sahilləri istiqamətində irəliləyə biləcəyini qeyd edirlər.
Prestij.media
















