• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.2° Weather Columbus
$
1.7
€
1.9053
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr, 26 / 19:27
A A

“Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur”.

Prestij.media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir.

Açıqlamada bildirilib ki, xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır.

“Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir. Məhdud sayda eyniadlı hesabların çoxsaylı paylaşımlara ardıcıl müdaxiləsi və fəaliyyətin konkret vaxt intervallarında intensivləşməsi bu prosesin koordinasiyalı xarakter daşıdığına dair ciddi əsaslar yaradır, trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyasının aparıldığını göstərir. Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir. Azərbaycan Respublikası Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu kimi hallara qarşı diqqətli olmağa, şübhəli hesabların koordinasiyalı fəaliyyətini nəzərə almağa, manipulyativ məzmunu yoxlamadan yaymamağa və süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır”, – açıqlamada qeyd olunub.

Bənzər Xəbərlər

Manşet

Havayda 550 illik təbii qaya tağı çökdü

Oktyabr 12, 2026
Manşet

Dənizdən çıxarılan qayalar öz-özünə alışıb

Oktyabr 12, 2026
Manşet

Külək turbinlərinin materialından jelibon hazırladılar

Oktyabr 12, 2026
Manşet

İstəyə görə görünən və yoxa çıxan döymə mürəkkəbi hazırlanıb

Oktyabr 12, 2026
Manşet

Tərk edilmiş 14 mərtəbəli otel 282 mənzilə çevriləcək

Oktyabr 12, 2026
Manşet

Göy üzündə nəhəng qırmızı parıltı görüntülənib

Oktyabr 12, 2026

XƏBƏR LENTİ

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr, 26 / 19:27

Turşunun niyə işıq saçdığı nəhayət açıqlandı

12 Oktyabr, 26 / 10:25

Zəngin ailələrin övladları üçün 17 milyon dollarlıq yaxta aldılar

12 Oktyabr, 26 / 10:24

Atlantik okeanındakı dəyişikliklər Avropa və Amerikaya təsir edə bilər

12 Oktyabr, 26 / 10:23

Avropa İttifaqı rus turistlərə viza qaydalarını sərtləşdirə bilər

12 Oktyabr, 26 / 10:22

Cibuti sahillərində miqrant qayığı batdı 109 nəfər ölüb

12 Oktyabr, 26 / 10:21

Papa XIV Leo Qara dənizlə bağlı çağırış edib

12 Oktyabr, 26 / 10:20

Çinin iki böyük şəhəri su basqını təhlükəsi ilə üz-üzədir

12 Oktyabr, 26 / 10:19

Çində yerin altında 6 min ton qızıl ehtiyatı aşkarlanıb

12 Oktyabr, 26 / 10:18

Nəhəng qayanın içini oyub iki mərtəbəli ev tikdi

12 Oktyabr, 26 / 10:17
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.