Avropa İttifaqı Rusiyadan gələn turistlərə Şengen vizalarının verilməsini daha da məhdudlaşdırmağı planlaşdırır. “Politico” nəşrinin Avropa İttifaqı rəsmilərinə istinadən yaydığı məlumata görə yeni təklifin 2027-ci ilin əvvəlində rəsmi şəkildə təqdim edilməsi nəzərdə tutulur.
Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner üzv ölkələri Rusiya vətəndaşlarına daha az viza verməyə çağırıb. Onun sözlərinə görə təhlükəsizlik risklərinə görə viza qaydalarının sərtləşdirilməsi istiqamətində işlər davam edir. Polşa, İsveç və Estoniya da Rusiya vətəndaşlarına nəzarətin gücləndirilməsini istəyən ölkələr sırasındadır.
Məlumata əsasən müharibədən əvvəl Rusiya vətəndaşlarına ildə təxminən 4 milyon Şengen vizası verilirdisə, sonrakı illərdə bu rəqəm kəskin azalıb. Ötən il verilən vizaların sayı təxminən 478 min olub. Yeni planın qəbul ediləcəyi təqdirdə bu göstəricinin daha da azalması mümkündür.
Prestij.media
















