Çinin Sıçuan əyalətində yaşayan keçmiş mədənçi Qiu Zhonghu ailəsi üçün nəhəng qaya kütləsinin içində iki mərtəbəli ev inşa etməyə başlayıb. Mədənçilik və tikinti sahəsindəki təcrübəsindən istifadə edən kişi qayaların içində otaqlar, pilləkənlər və yaşayış sahələri yaradıb.
O, evin aşağı mərtəbəsini özü və həyat yoldaşı üçün, yuxarı mərtəbəsini isə iki övladı üçün nəzərdə tutub. Elektrik xətti çəkilib, su təminatı üçün isə təxminən 1,5 kilometr uzaqdakı təbii mənbədən boru xətti salınıb. Lakin yağış sularının qayalardan içəri sızması, nəmlik və yaranan çatlar tikintini çətinləşdirib.
Tikinti lazımi icazələrin olmadığı səbəbilə yerli qurumların diqqətini çəkib və işlərin dayandırılması tələb olunub. Evdə mətbəx, hamam və istilik sistemi qurulsa da, yuxarı mərtəbənin tikintisi hələ başa çatmayıb. Ev sahibi qanuni prosedurların tamamlanmasını gözləyəcəyini bildirib.
Prestij.media
















