ABŞ-da Kolorado-Boulder Universitetinin alimləri işığın təsiri ilə görünən və yenidən gizlənə bilən xüsusi döymə mürəkkəbi hazırlayıblar. PhotoTat adlandırılan texnologiya oktyabrın 9-da dərc olunan elmi araşdırmada təqdim edilib. Mürəkkəb normal şəraitdə demək olar ki, görünmür ultrabənövşəyi işıq altında isə saniyələr ərzində rənglənir.
Tədqiqatda mavi sarı və çəhrayı rənglərdən istifadə olunub. Güclü ağ işıq və ya günəş şüaları döymənin yenidən görünməz olmasına kömək edir. Lakin naxış yoxa çıxanda mürəkkəb dəridən silinmir sadəcə görünüşünü dəyişir.
Alimlər bu texnologiyanın tibb sahəsində də tətbiqini mümkün hesab edirlər. Məsələn, şüa terapiyası zamanı müalicə sahəsini göstərən işarələr yalnız lazım olduqda görünə bilər. Bununla belə, mürəkkəbin uzunmüddətli təhlükəsizliyi hələ tam təsdiqlənməyib və geniş istifadədən əvvəl əlavə sınaqlar aparılmalıdır.
Prestij.media
















