ABŞ-ın Atlanta şəhərində uzun illərdir boş qalan 14 mərtəbəli Presidential Hotel binasının gələcəyi bəlli olub. Vaxtilə otel kimi fəaliyyət göstərən tikilinin əsaslı şəkildə yenilənərək yaşayış kompleksinə çevrilməsi planlaşdırılır. Layihə çərçivəsində binada ümumilikdə 282 mənzilin yaradılması nəzərdə tutulur.
Mənzillər arasında 76 studiya tipli, 150 bir yataq otaqlı, 52 iki yataq otaqlı mənzil və dörd penthaus olacaq. Layihənin dəyəri təxminən 53,3 milyon dollar qiymətləndirilir. Binanın sökülməsi deyil mövcud tikilinin yenidən qurulması planlaşdırılır.
1973-cü ildə inşa edilən otel 1987-ci ildə fəaliyyətini dayandırıb. Son on ildən artıq müddətdə boş qalan bina indi yenidən istifadəyə qaytarılaraq şəhərə əlavə yaşayış sahələri qazandıracaq.
Prestij.media
















