Fransanın Korsika adasında nadir atmosfer hadisəsi qeydə alınıb. Astrofotoqraf Florian Riou fırtınaların üzərində yaranan və “Qırmızı Cin” adlandırılan nəhəng qırmızı işıq parıltısını lentə alıb. Meduzanı xatırladan görüntünün təxminən 522 kilometr məsafədən çəkildiyi bildirilir.
“Qırmızı Cin” adi ildırımdan fərqli olaraq fırtına buludlarının altında deyil onların üzərində yaranır. Atmosferin təxminən 40–90 kilometr yüksəklikdəki qatlarında baş verən bu elektrik boşalmaları qırmızı və narıncı rənglərdə görünür.
Hadisənin ən maraqlı xüsusiyyəti isə cəmi bir neçə millisaniyə davam etməsidir. Bu səbəbdən onu adi gözlə görmək çətindir. Fotoqrafın çəkdiyi görüntü qısa müddət ərzində yaranıb yox olan nadir atmosfer hadisəsini əks etdirir.
Prestij.media
















