Fransanın Kamarq bölgəsində yerləşən Aigues-Mortes duz yataqlarında güclü yağış səbəbindən istehsal müvəqqəti dayandırılıb. İllik orta hesabla 240 min ton duz istehsal edilən əraziyə proqnozlaşdırılandan üç dəfə çox yağıntı düşüb.
Qısa müddətdə yağan təxminən 80 millimetr yağış duzlu suyun balansını pozaraq duz kristallarının yaranmasına mane olub. Hadisə nəticəsində təxminən 250 ton məhsul itkisi qeydə alınıb. Duzun konsentrasiyasını bərpa etmək üçün 80 hektarlıq su hövzəsi də boşaldılıb.
Bərpa işlərindən sonra duz yığımı yenidən başlayıb və mövsümü uzatmaq qərarı verilib. Burada istehsal olunan duz qida sənayesi ilə yanaşı yollarda buzlanmaya qarşı mübarizədə, kimya sənayesində və suyun təmizlənməsində də istifadə olunur.
Prestij.media
















