ABŞ-ın Florida ştatını vuran İsayas qasırğası ciddi dağıntılara və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. İlkin məlumatlara görə, ştat üzrə təxminən 430 min elektrik abunəçisi işıqsız qalıb. Qasırğa Destin şəhəri yaxınlığında ikinci kateqoriya ilə sahilə çatıb.
Fırtınadan əvvəl təhlükəli ərazilərdən təxminən 900 min nəfər təxliyə edilib. Sahilə çatdıqdan sonra qasırğanın gücü zəifləyərək tropik fırtına səviyyəsinə düşüb. Bununla belə, dəymiş maddi ziyanın tam miqyasının fırtına çəkildikdən sonra bəlli olacağı bildirilir.
Bölgədə xilasetmə və bərpa işləri üçün minlərlə mühafizə əməkdaşı və texnika hazır vəziyyətə gətirilib. Rəsmilər sakinləri qopmuş elektrik xətlərindən və küçələrdəki su yığıntılarından uzaq durmağa, xilasedicilərin işinə mane olmamaq üçün evlərində qalmağa çağırıblar.
Prestij.media
















