Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına husilər tərəfindən hücum edildiyi bildirilir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası hadisəyə beynəlxalq hüquq çərçivəsində qəti cavab veriləcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə hücum nəticəsində 12 nəfər ölüb 309 nəfər yaralanıb. Koalisiya sözçüsü Türki əl-Maliki sərnişin terminalının hədəf alındığını bildirərək hadisəni beynəlxalq humanitar hüququn pozulması və müharibə cinayəti kimi qiymətləndirib.
Yəməndə hökumət qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında qarşıdurmalar uzun müddətdir davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ildən bəri Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləyir.
Prestij.media
















