ABŞ Müdafiə Nazirliyi Pentaqon İranla müharibə ilə əlaqəli həlak olan amerikalı hərbçilərin sayını 21 nəfərə çatdırıb. “The Washington Post” qəzetinin məlumatına görə yenilənmiş rəqəmlərə əvvəllər qeydə alınmayan iki qeyri-döyüş ölümü də daxil edilib. Əməliyyatlar zamanı 865 ABŞ hərbçisinin yaralandığı bildirilir.
Məlumata əsasən ölənlər arasında mart ayında Küveytdə həyatını itirən Milli Qvardiya zabiti Sorffly Davius və sentyabrda intihar edən ABŞ Hərbi Dəniz Qüvvələrinin bir əməkdaşı da var. Bundan başqa İraqda təlim zamanı həlak olan 26 yaşlı çavuş Devin A. Seibelin ölümü də qeydə alınıb. Onun ölümü İranla müharibədən ayrı hadisə kimi təsnif edilib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat üzvləri itkilərlə bağlı məlumatların gec yenilənməsini tənqid edərək Pentaqondan daha şəffaf hesabat tələb ediblər. Nazirlik isə hərbi itkilərin dəqiq və şəffaf qeydə alınmasına sadiq olduğunu bildirib.
Prestij.media
















