Meksikanın Hermosillo şəhərində 4 mindən çox insanın çalışdığı avtomobil fabrikində illərdir davam edən göyərçin problemi qeyri-adi üsulla aradan qaldırılıb. Fabrikdəki avtomobillərin üzərinə quşların ifrazatı düşür, bəzi quşlar isə həssas avadanlıqlara girərək istehsala mane olurdu.
Rəhbərlik əvvəlcə yırtıcı quş səslərindən və süni görüntülərdən istifadə edib. Lakin göyərçinlər zamanla bu üsullara öyrəşərək fabrikə daxil olmağa davam ediblər.
Daha sonra fabrikə “El Charro” adlı təlim keçmiş Harris şahini gətirilib. Şahin hər gün 2-3 saat ərazidə uçaraq göyərçinləri uzaqlaşdırır və onların gizli yuvalarının aşkar edilməsinə kömək edir. Onun fəaliyyətindən sonra quşların olduğu ərazilərdə hərəkətlilik təxminən 80 faiz azalıb.
“El Charro” indiyədək 300-dən çox uçuş həyata keçirib və 1000 saatdan artıq işləyib. Uğurlu nəticələrə görə şahin fabrikdə “Ayın əməkdaşı” elan edilib.
Prestij.media
















